"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sakinlərə müraciət edib: “əmlakınızı sığortalayın”

--2016-11-11 / 15:18

Binəqədi rayon Biləcəri bələdiyyəsi sakinlərə müraciət edib.

əmlakın sığortalanması ilə bağlı edilən müraciətdə deyilir

“əziz sakinlərimiz və dəyərli səhifə izləyicilərimiz!

əmlakın sığortalanması əmlaka dəyə bilən fiziki zərər risklərindən qorunmaq imkanı verir. Siz, bina, daşınmaz əmlak, mənzil,avadanlıq, mebel, kommunikasiya xətləri daxil olmaqla bütün əmlak obyektlərini sığortalaya bilərsiniz.

Təbii fəlakətlər zamanı sizə dəymiş zərərin qısa müddət ərzində aradan qaldırılması üçün əmlakınızın sığortalanmasından çəkinməyin!”

Belediyye.info

ŞƏRHLƏR